Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-03-2024 , 10:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elbrus Xəlilov: “Hövsan Bələdiyyəsi büdcə gəlirlərini artıqmaq üçün   yenilənmiş BAMS proqramının yaratdığı imkandan yararlanmağa çalışır”

“Hövsan  Bələdiyyəsinin hazırda əsas məqsədi büdcə gəlirlərini artırmaqla  qəsəbədə vətəndaş müraciətlərinin dərhal reaksiya verərək həllinə çalışmaqdır"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elbrus Xəlilov "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə  bildirib.

Bələdiyyənin yeni təyin edilən vergi xidmətinin rəhbərinin iştirak etdiyi görüşdə  Elbrus Xəlilov  daha sonra qeyd edib ki, bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi var qüvvəsiylə çalışaraq  bələdiyyədə uzun illərdən bəri qurulmuş vergi uçotu sistemini təkmilləşdirmək, bildirişlərin vaxtında paylanılmasına çalışmaq, vergi ödəyiciləriylə mütəmadi olaraq görüşlərin təşkil etməklə vergi borclarının ödənilməsinə nail olmaqdır.  Büdcə gəlirlərini artıqmaq üçün Hövsan Bələdiyyəsi olaraq yenilənmiş BAMS proqramının yaratdığı imkandan yararlanmağa çalışır. BAMS proqramında yenilənmə prosesi davam etməkdədir. Gündəlik olaraq “Bələdiyyələri onlayn xidmət” mərkəzi ilə əlaqə yaradılmaqdadır. 

BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasıya edilməsi bələdiyyənin büdcə gəlirlərinə müsbət təsir etməkdədir. İnteqrasiya həm operativliyi, həm də bələdiyyənin vergi xidmətinin məsuliyyətini artırıb.

Mövzu ətrafında  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli öz fikir və mülahizələrini bölüşüb.

Əlavə edim ki, bələdiyyələri ziyarətə davam edirik. Xəbər etmədən dünən  Türkan, Zirə və Hövsan bələdiyyələrini ziyarət etdim. 

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilovun  kollektiv üzvləriylə ciddi fikir mübadiləsi etdiyinin, inzibati binanın girişində dayanan birinci qrup fiziki məhdudiyyətli sakinə lazım olan arayışın hazırlanmasına sədrin özünün məşğul olmasının və şəxsən təqdim edib ədəb-ərkanla yola salımasının şahid oldum. Kollektiv iş  başında idi. Bələdiyyəyə müraciət edən sakinlərə ətraflı izahat verilirdi. Bələdiyyədə həyat  sanki qaynayırdı. 

Zirə və Türkan Bələdiyyələrində sədrlərin tədbirdə olduğunu öyrəndim. Zirə Bələdiyyəsinin sədr müavini, Türkan Bələdiyyəsinin mühasibi ilə bir xeyli söhbətləşdim. Zirə Bələdiyyəsinin sədri Anar Hüseylinin  dərhal zəng etməsini və işdə olmamasından təəssüfləndiyini bildirməsi də diqqətimdən qacmadı.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər